RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.02.2014]

AMEA, Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayev Gürcüstanın Tbilisi şəhərində elmi ezamiyyətdə olmuşdur

AMEA, Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayev 30-31 yanvar 2014-cü il tarixlərində Avropa Birliyinin keçirdiyi "İqlim Dəyişmələri və Təbii Fəlakətlər" adlı seminarda iştirak etmək üçün Gürcüstanın Tbilisi şəhərində elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyətin məqsədi Avropa Birliyinin "Cənubi Qafqazda Ekomiqrasiya" layihəsi çərçivəsində keçirilən seminarda iştirak etməkdən ibarət olmuşdur. Bu regional Layihə Gürcüstan CENN təşkilatı tərəfindən həyata keçirilir. Layihənin məqsədi təbii fəlakətlər nəticəsində öz əvvəlki yaşayış yerlərini tərk etmiş vətəndaşların yeni yaşayış yerlərində yerləşmələrinin ekoloji problemlərinin həllindən ibarətdir.
Seminarda İslam Mustafayev "Azərbaycanda Ekomiqrasiya və Ətraf Mühit" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə 2010-cu ildə Kür və Araz çaylarında daşqınlar nəticəsində yaranan ekomiqrantların ətraf mühitə təsirinin azaldılması üçün tədbirlər planı təklif olunmuşdur.