RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.04.2014]

Journal of Radiation Researches

        “Journal of Radiation Researches” beynəlxalq jurnalı 01.03.2014 tarixindən etibarən ildə 2 dəfə olmaqla AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən nəşr edilir. Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
        “Journal of Radiation Researches” beynəlxalq jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov, redaktor müavinləri AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Təşkilatlarla İşlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulov və Beynəlxalq Layihələr və İnfirmasiya şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabovadır. Jurnal on-line və cap olunmuş şəkildə buraxılır. On-line versiyanı http://irp.science.az/?l=/journals/lang,en/ linkində tapmaq mümkündür. Jurnalda məqalənin cap olunması qaydaları jurnalin 3-cü səhifəsində verilmişdir. Məqalələr AMEA Radiasiya Problemləri İnstitutuna təqdim olunmalıdır. Jurnal AMEA-nın “Elm&rdquo nəşriyyatı tərəfindən nəşr olunmuşdur.