RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.05.2014]

Hava keyfiyyətinin idarə olunması üzrə seminar

İslam m.Avropa Birliyi Keçmiş Sovetlər Birliyinin 7 ölkəsində Hava keyfiyyətinin idarə olunması üzrə 4 illik Layihə həyata keçirir. Layihə Proqramına havaya tullantı mənbələrinin inventarlaşdırılması, hava keyfiyyətinin monitorinqinin təşkili, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Milli Fəaliyyət Planının yaradaılması və s. fəaliyyətlər daxildir. Layihənin Azərbaycan üzrə Milli koordinatoru, AMEA-nın Radiasiya problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor İslam Mustafayev saytımıza aşağıdakıları bildirmişdir:
        Hava keyfiyyətinin yaxşılaşdırılması ölkəmizin prioritet ekoloji problemlərindəndir. Azərbaycan Respublikasıınn Prezidenti 9 yanvar 2014-cü il tarixində Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına həsr olunmuş yığıncağında qeyd etmişdir: “Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir”. 2011-ci ildən Avropa Birliyi tərəfindən həyata keçirilməkdə olan Layihə üzrə Azərbaycanda “Uzaq məsafələrdə havanın transsərhəd çirklənməsi” Konvensiyası üzrə Protokolların imzalanması üçün potensialın gücləndirilməsi sahəsində Milli Fəaliyyət Planı hazırlanmış, Hava keyfiyyətinin idarə olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, Təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin tətbiq olunması və s. mühüm məsələlər barədə müəyyən işlər həyata keçirilmişdir.
        Mayın 20-21 tarixlərində Bakıda Layihə çərçivəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi və Kompleks icazələr sisteminin tətbiqi üçün atmosferdə çirkləndiricilərin yayılmasının modelləşdirilməsi” üzrə Regional seminar keçirilmişdir. Seminarda Azərbaycan, Gürcüstan, Moldova və Rusiyanın nümayəndələri, habelə Avropa Birliyinin ekspertləri iştirak etmişlər. Seminarda iştirak edən ölkələrin nümayəndələri bu sahədə həyata keçirilən işlər, müasir metodlar və Milli prioritetlər barədə informasiya və təcrübə mübadiləsi etmiş, Layihənin müvvəffəqiyyətlə başa çatması üçün planları dəqiqləşdirmişlər.