RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.06.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, Rauf Sərdarlı Fransada, Savoie Universitetində elmi ezamiyyətdə olmuşdur

   AMEA Radiasiya Problemləri İnstitutunun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı 18-29 may, 2014-cü il tarixində Fransanın SavoieUniversitetində, İMEP-LAHC institutunda, professor J-L.Coutazın (IMEP-LAHC direktoru) dəvəti ilə ezamiyyətdə olmuşdur.
    Tezliyi THs diapazonunda olan elektromaqnit şüaları (T-şüaları) son vaxtlar tədqiqatçıların nəzərini cəlb edir. Bu diapazonu əhatə edən (terahers) şüalar ətraf mühitin tədqiqində, partlayıcı qurğuların və təhlükəli kimyəvi maddələrin, narkotiklərin uzaq məsafədən müəyyən olunmasında istifadə olunur.
    Ezamiyyətin məqsədı eksperimentlərin aparılması, terahers diapazonda ölçülən spektrlərin hesablanması üçün lazım olan kompyuter proqramlarının əldə edilməsi və bu vaxta qədər aparılan tədqiqatların nəticələrinin müzakirə edilməsindən ibarət idi.
    Ezamiyyət zamanı aşağıdaki işlər yerinə yetirilmişdir:
    1. Laylı kristalların THs-TDS metodu ilə uzaq infraqırmızı spektrlərin ölçülməsi.
    2. Optik spektrlərinin hesablanması üçün lazım olan kompyuter proqramlarının hazırlanması.
    3. THs oblastında şüalandırma qabiliyyətinə malik olan materialın seçilməsi üçün lazımı ölçmələrinin və tədqiqatların aparılması.
    4. THs oblastında işləyən gurğunun instituta gətirilməsi barəsində müzakirələrin aparılması.