RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.06.2014]

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Biofizika kafedrasının professoru Qennadiy Borisoviç Xomutov ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunda görüş keçirilmişdir

        17.06.2014-cü il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Biofizika kafedrasının professoru, eləcə də Rusiya Elmlər Akademiyası “Ümumi və qeyri-üzvü kimya”, “Elektrotexnika və radiotexnika” İnstitutlarının əməkdaşı Qennadiy Borisoviç Xomutov ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunda görüş keçirilmişdir.
        Görüşü giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın m.ü. A.A.Qəribov görüşün AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakultəsi arasında nanotexnologiyalar sahəsində elmi tədqiqatlar üzrə bağlanmış müqaviləyə əsasən keçirildiyi haqda məlumat vermişdir. O, 373 elmi məqalənin, 19 patentin, 5 monoqrafiyanın müəllifi olan nanotexnologiyalar sahəsində görkəmli alim Q.B.Xomutovun elmi fəaliyyəti haqda geniş məlumat vermişdir.
        Q.B.Xomutov “Nano-mühəndisliyin biofiziki əsasları” mövzusunda geniş elmi məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında müzakirələr aparılmış, alim əməkdaşlarım suallarını cavablandırmışdır.