RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.10.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Radiokimya laboratoriyasının əməkdaşları Ukraynanın paytaxtı Kiyev şəhərində ezamiyyətdə olacaqlar

     Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu Radiokimya laboratoriyasının böyük elmi işçisi Cəlal Nağıyev və mühəndis Azər Sadıqov 13-18 oktyabr 2014-cü il tarixlərində Ukraynanın Kiyev şəhərində Kiev Nüvə Tədqiqatları Institununa P461 layihəsi çərçivəsində “Nüvə kriminalistikası; Uran və Plutonium nüvə matriallarının izotop tərkibinin müasir proqram təminatlı avadanlıq və metodlarla analizi və dərin ekspertizasının aparılması” adlı treyninq kursunda iştirak edirlər.
       Treyninq kursun məqsədi yüksək zənginləşmə dərəcəli nüvə materillarının nondesturktiv analiz metodları ilə nüvə kriminalistik analiz bacarıqlarının kurs iştirakçılarına aşılamaq və müasir proqram təminatlı avadanlıq və metodlar haqqında informasiya mubadiləsinin həyata keçirilməsidir.