RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.10.2014]

Bakıda "Nüvə elmləri və onun praktiki aspektləri" mövzusunda VII Avrasiya konfransı işə başlayıb

       Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Nüvə elmləri və onun praktiki aspektləri" mövzusunda VII Avrasiya konfransı işə başlayıb. Dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin qatıldıqları tədbirin açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru və Azərbaycan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin direktoru akademik Adil Qəribov, Azərbaycan Respublikasi Rabitə və Yüksək Texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədov, Türkiyə Atom Enerji Qurumunun prezidenti Zəfər Alper, Qazaxıstan Milli Nüvə Mərkəzinin baş direktoru Erlan Batırbekov, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun Nüvə Problemlərri laboratoriyasının rəhbəri Qeyrət Kulabdullayev, Argentinanın INVAP S.E. birliyinin Nüvə Layihələri şöbəsinin biznes işləri üzrə menejeri Ruben Mazzi və başqaları çıxış ediblər.
    Oktyabrın 25-dək davam edəcək konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekologiyası, biologiyası, təhlükəsizliyi və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
        Tədbirdə "Nüvə elmləri və onun tətbiqləri" Avrasiya konfransının 2016-cı ildə Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınmışdır, nüvə elmləri və onun tətbiqləri ilə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır.
        Konfrans oz işini AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Fizika İnstitutu və Akademiyanın əsas binasında seksiyalarda davam edir.