RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.10.2014]

AMEA Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərov Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olmuşdur

      AMEA Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərov 20-25 oktyabr 2014-cü il tarixində Rusiya Elmlər Akademiyasının Biologiya bölməsinin, Rusiya Radiobiologiya Cəmiyyətinin, Rusiya Elmlər Akademiyasının Radiobioloji Problemlər üzrə Elmi Şurasının Moskva şəhərində keçirdiyi "Radiasiya Tədqiqatları üzrə VII Qurultayı"nda iştirak etmişdir. Qurultayın «Молекулярные и клеточные механизмы действия радиации на живые организмы. Механизмы действия радиации малых доз и низкой интенсивности» seksiyasında (I seksiya) «Исследование динамики сезонно – зависимого накопления каротиноидов в отдельных органах Аlhagi pseudalhagi, произрастающего в загрязненном разными радионуклидами участке» və «Исследование зависимости активности супероксиддисмутазы от периода вегетации в разных органах хронически облучаемой популяции Аlhagi pseudalhagi» mövzularında ümumiləşmiş məruzə ilə çıxış etmişdir.
      Əlavə olaraq, Rusiya elmlər akademiyasının akademiki, 1983-cü il SSRİ Dövlət Mükafatı laureatı, 2002 –ci il Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı və radiobiologiya sahəsində bir neçə kəşfin müəllifi Burlakova Yelena Borisovnanın 80- illik yubileyində iştirak etmişdir, təbrik nitqi ilə çıxış etmiş və azərbaycan alimləri adından akademik A.A.Qəribovun təbrik məktubunu və hədiyyəsini ona çatdırmışdır.