RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.12.2014]

Hava keyfiyyətinin idarə olunmasına aid layihənin yekun konfransı

        Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, MEA-nın müxbir üzvü İslam Mustafayev 27 noyabr 2014-cü il tarixdə Brüssel şəhərində “Hava keyfiyyətinin idarə olunması” üzrə Regional layihənin yekunlarına həsr olunmuş Konfransda iştirak etmişdir. Layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə 2011-2014-cü illərdə Keçmiş SSRİ-nin 7 ölkəsində həyata keçirilmişdir. Layihə nəticəsində Bakı şəhərində hava keyfiyyətinin yaxşılaşdırılması üçün Fəaliyyət Planı işlənilmiş, Sumqayıt şəhərində emissiya mənbələrinin inventarlaşdırılması həyata keçirilmiş, Nəqliyyat vasitələrindən atmosferə atılan tullantılar hesablanmış və Transsərhəd Kontekstdə uzaq məsafələrdə havanın çirklənməsi Konvensiyasının Protokollarına daxil olmaq üçün Milli FP hazırlanmışdır. Azərbaycanın Hava keyfiyyətinin idarə olunması üzrə Qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər verilmişdir.
        Layihənin ölkə üzrə Milli koordinatoru İslam Mustafayevin sözlərinə görə MEA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Məclisin təmsilçilərinin iştirak etdiyi yekun Konfransında Layihənin daha uğurlu həyata keçirildiyi ölkələr sırasında Azərbaycan da olmuşdur.