RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.01.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru, professor Rauf Sərdarlı Türkiyənin Orta Doğu Texniki Universitetində ezamiyyətdə olacaq

    AMEA Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika üzrə elmlər doktoru, professor Rauf Sərdarlı 26.01.2015-ci il tarixindən 6 gün müddətinə Türkiyənin Orta Doğu Texniki Universitetinin Fizika bölümündə (Ankara şəhəri) ezamiyyətdə olacaq. Ezamiyyətin məqsədi hər iki gurum arasında kristalların terahers və qeyri-xətti optik xassələrinin tədqiqi sahəsində əməkdaşlıq imkanlarını araşdırmaqdır. Bundan başqa uzaq məsafədə gizli objektlərin qeyd olunması üçün millimetr dalğa diapazonunda təsvir sistemlərinin yaxşılaşdırılması müzakirə ediləcək.
        Ezamiyyət Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) malliyə dəstəyi ilə baş tutacaq.