RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2015]

04.02.2015 tarixində AMEA Fizika Institutunda fizika üzrə elmlər doktoru, Turkiyə Orta Doğu Texniki Universitetinin professoru, laboratoriya müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabovun seminarı keçiriləcək

Həmdulla O. Mehrabov      04.02.2015 tarixində AMEA Fizika Institutunda (saat 10:00, zal) İslam Dünyası Elmlər Akademiyasının Həqiqi Üzvü, Turkiyə Orta Doğu Texniki Universitetinin (06531 Ankara/Türkiyə) Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru, Həmdulla O. Mehrabovun "İntermetal ve metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması" movzusunda seminarı keçiriləcək.
      Seminarda Prof. H.O.Mehrabovun labaratoriyasinda həyata keçirilən proyektlər (Metallararası birləşmələr və ya intermetalliklər; Metal əsaslı iri və həcmli amorf və nanostrukturlu materiallar; Hidrogen udan və magnetik soyutma materialları; Nanoərintilər- yeni qrup üstün xassəli materiallar) haqqında qisa məlumat veriləcək, Türkiyədə elmi proyektlərə qrantların verilmə qaydaları və Türkiyə-Azerbaycan birgə proyektlərinin hazırlanması və yerinə yetirilməsi prinsipləri haqqinda fikir mübadiləsi aparılacaqdır.
      Seminarda nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, mövcud imkanlar və problemlər haqqında məlumat veriləcəkdir. Nanoərintilər - yeni qrup üstün xassəli materiallar sahəsində, Fe-əsaslı nanoərintilərin qərarlılıq, geometriya, segregasiya, atomik nizamlanması, ərimə, metallik maye-şüşə faza geçidi, atom səviyyəsində xətalar (anti-faza sərhədləri v.b.) kimi xassələri, nanoərintilərin kompozisiya, temperatur ve zərəciyin ölçüsündən asılı olaraq nəzəri metodlarla (psevdo-potensial, işarətlənmiş atom modeli (EAM), ab-initio, tərsinə molekulyar dinamik potensiallar yaxınlaşması, molekulyar dinamik (MD), Monte Carlo (MC) və hibrid MD/MC hesablama üsulları) modelləşdirilməsi ve hesablanması nəticəsində əldə olunan nəticələr təqdim ediləcək. Fe-əsaslı real nanoərintilərin eksperimental metodlarla sintez edilməsi ve xarakterizə olunması (DSC, XRD, TEM, SEM, VSM) nəticəsində əldə olunanan nəticələr struktur-xassə əlaqələri baxımından qiymətləndiriləcəkdir.

Prof. Dr. Həmdulla Mehrabov
Qisa biblioqrafik məlumat

1. 1952-ci ildə Gürcüstan Respublikasının Bolus rayonu Saraçlı kəndində anadan olub.
2. 1969-cu ildə Saraçlı orta məktəbini əlaçı bitirib və Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinə daxil olub.
3. 1974-cü ildə BDU-nu bərk cisimlər fizikası (BCF) ixtisası üzrə bitirib.
4. Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub.
5. 1978-ci ildə MDU-da dissertasiya işini yüksək səviyyədə müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
6. 1978-ci ildən ADU-nun “Optika və Molekulyar fizika” kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir.
7. 1984-cü ildə elmi-tədqiqat işlərini və pedaqoji fəaliyyətini 1 il müddətində Yaponiyanın Tokio Universitetindəki "Materiallar elmi ve mühəndisliyi" departamentinə ezam edilərək davam etdirir.
8. 1989-cu ildə Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini alır.
9. 1991-ci ildə elmi-tədqiqat işləri aparmaq və pedaqoji işlə məşğul olmaq üçün 4 ay müddətinə ABŞ-ın Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunur.
10. 1992-ci ildə Türkiyənin Ankara şəhərindəki dünyanın en nüfuzlu 100 Universiteti arasında yer alan Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunur.
11. 1998-ci ildə türk həmkarları ilə bərabər, "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək texnalogiya materiallarının dizaynı və inkişaf etdirilməsi" (NOVALAB) laboratoriyasını qurur.
12. ODTU-da çalışdığı 20 ilden yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır və onun rəhbərliyi altında 20-dən çox tələbə magistr ve doktorluq dərəcəsi almışdır.
13. 20-den artiq yerli ve beynəlxalq proyektdə rəhbər ve ya tədqiqatçı olaraq calışmışdır.
14. Dünyanın ən tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir.
15. Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir.
16. BCF və materiallar elmi və mühəndisliyi sahələrində əldə etdiyi nailiyyətlər nəzərə alınaraq, 2000-ci ildə gizli səsvermə yolu ilə yekdilliklə bütün dünya müsəlmanlarının akademiyası sayılan İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv və 2009-cu ildə isə Akademyanın illık toplantısında İdarə Heyətinin üzvü seçilmişdir.
17. Həyat və fəaliyyəti, ABŞ-da çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklopediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır.
18. Hal hazırda ODTU-deki "Metallurgiya ve Materiyallar Mühendisliyi" departamentində professor və labaratoriya müdiri olaraq, tədris ve elmi-tədgigat işlərini davam etdirməkdədir.