RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2015]

20 Yanvar Hadisəsinin 25-cü İldönümünə Həsr Olunmuş Anım Tədbiri

      19 yanvar 2015-ci il tarixində saat 11.00-da AMEA Radiasiya Problemləri İnstitutunda 20 Yanvar hadisəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov tədbiri açıq elan edərək 20 Yanvar hadisəsi ilə bağlı təəssürat və xatirələrini bölüşdü, Azərbaycan xalqının məruz qaldığı haqsızlıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirdə həmçinin institutun digər əməkdaşları AMEA-nın müxbir üzvü I. Mustafayev, kimya üzrə fəlsəfə doktoru V. Kərimov, fizika üzrə elmlər doktoru, professor O. Səmədov, fizika üzrə fəlsəfə doktoru, dosent R. Mehdiyeva, kimya üzrə fəlsəfə doktoru H. Mahmudov da bu ağrılı hadisəyə öz münasibətlərini bildirdilər.
      Allah 20 Yanvar Şəhidlərinə Rəhmət Eləsin!