RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbirini keçirib

      AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbirini keçirib.
      Öncə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Tədbiri giriş sözü ilə açan Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılması haqqında, terror hadisəsinin Ümumxalq hüzn günü kimi əbədiləşdirilməsi və eləcə də ölkədə ona ilk siyasi və hüquqi qiymətin verilməsində H. Əliyevin xüsusi rolundan danışıb.
      Daha sonra Radiasiya Problemlri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev, elmi işçi Mətləb Mirzəyev, tarix üzrə fəlsəfə doktoru Sübhan Taliblı, faciə günündə qanlı hadisənnin xronikası haqqında münasibətlərini bildilər.
      Sonda, 25 il bundan öncə törədilmiş qanlı hadisələrə aid video rolik nümayiş etdirilib.