RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.11.2015]

AMEA-nın 70 illiyinə gənc alimlərdən daha bir töhfə

      Bu ilin sentyabr ayında strat götürən və AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası təşkilatçılığı və Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə AMEA-nın 70 illiyinə həsr olunan İnstitutun doktorantları arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsinə təşkilatın 20-yə yaxın gələcəyin alimləri müraciət etmiş və Espert Komissiyası tərəfindən 9 doktarantın elmi-tədqiqat işi finala layiq görülmüşdür.
      Bu gün İnstitutda elmi müsabiqənin final mərhələsi baş tutdu. Tədbiri giriş sözü ilə açan İstitutun direktoru, prof. Oktay Səmədov Akademiyada yubiley münasibətilə təşkil olunan tədbirlərdən danışaraq, qeyd etdi ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının da ümumi missiyaya layiqli şəkildə qoşulması sevindirici haldır. Gənc doktorantlar arasında keçirilən belə müasabiqələrin əhəmiyyəti haqqında nitqinə davam edən rəhbər, Şuranın fəaliyyətini yüksək qiymətləndirməklə bərabər, sonda finalçılara uğur arzuladı.
      Bundan sona müsabiqənin şərtlərinə uyğun olaraq, finalçılar fərdi şəkildə təqdim etdikləri işlərin aktuallığı, elmi-praktiki əhəmiyyəti və alınan nəticələrlə bağlı məruzələr etdilər. Ekspert Komisiyasının qiymətləndirilməsi əsasında müsabiqənin qalibləri məlum oldu. Belə ki, elmi müsabiqənin qalibi Ülviyyə Quliyeva, ikinci və üçüncü yerlərin sahibləri isə Günel Qocayeva və Murad Cahangirov oldu.
      AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərinin də iştirak etdiyi tədbirdə İnstitutun direktoru müsabiqənin iştirakçılarına müvafiq sertifikat, diplom və pul mükafatları təqdim etdi.