RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.12.2015]

Bioloq alimə qızıl medal təqdim olunmuşdur

      “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə iqtisadi çətinliklər yaşadığı zamanda kənd təsərrüfatı əhəmiyyətli, yabanı və mədəni bitki genofondunun zənginləşməsi, xalq seleksiyası sortlarının toplanması, qorunması, onları hibridləşdirməklə məhsuldar və keyfiyyətli bitki sortları yaradılması, genetik tədqiqatlar əsasında bitkilərin biokimyəvi təyini və təsnifatının hazırlanması, radioaktiv şüaların bitkilərə təsirini molekulyar səviyyədə tədqiq etməklə, bitki mənşəli radioprotektor maddələrin müəyyən edilməsi və ekoloji təmiz farmakoloji preparatların, ekstremal şəraitdə istifadə üçün ərzaq məhsulları istehsal texnologiyalarının hazırlanmasında uğurlu elmi nailiyyətlərinə, AMEA Naxçıvan Elmi–Tədqiqat Bazasının və seleksiya sortlarının yaradılmasında elmi quruculuq fəaliyyətinə, xarici ölkələrdə nəşr etdirdiyi əsərlərində Azərbaycanın ilk əkinçilik mədəniyyətinə malik ölkə olması, biologiya elminin inkişafı tarixini işıqlandırmaqla gənclərdə vətənpərvərlik hisslərini gücləndirilməklə milli mədəni və mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə görə AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya“ laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Rzayev Nizami Rza oğlu “Ən yaxşi vətənpərvər tədqiqatçi alim” qızıl medalı ilə təltif edilmişdir.
      Avropa Nəşr Mətbu Evi” mükafatının təqdim edilməsində Medal və müvafiq diplom alimə AMEA Radiasiya Problemləri İnstitutunda keçirilən tədbirdə təqdim edilib. Mükafatın təqdimat mərasimində çıxış edən “Avropa Nəşr Mətbu Evi”nin baş direktoru Şöhrət Səlimbəyli Nizami Rzayevin Azərbaycan biologiya, biokimya, radiobiologiya və ekologiya elmi sahələrindəki xidmətlərindən söz açıb. Bildirilib ki, Rzayev N.R. bu mükafatla milli sərvətimiz olan bitki genofondunun, xalq seleksiyası sortlarının toplanması, mühafizəsi mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, çoxsaylı dəyərli elmi araşdırmalarına, vətənin iqtisadi və müdafiə qüdrətinin artırılması, farmakologiya və ərzaq problemi həlli sahəsində aktual problemlərinin araşdırılmasında və həllində, mətbuat səhifələrində Azərbaycanın maddi və mənəvi sərvətlərinin bədnam qonşular tərəfindən “özününküləşdirmə” və Azərbaycan təbiətinin ekosid siyasətinə qarşı elmi-publisistik əsərlərinə, vətənə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərə görə təltif olunmuşdur.
      Sonra Ş.Səlimbəyli qızıl medalı və müvafiq diplomu Nizami Rzayevə təqdim edib. İnstitutun direktoru, professor Oktay Səmədov Nizami Rzayevin elmi fəaliyyətində çox aktual məsələləri tədqiq etdiyini, onun elmimizin yeni nəsli üçün əsl örnək olduğunu vurğulayıb, alimin tədqiqatlarının xüsusilə də, onun tətbiqi işlərinin elm aləmində böyük maraq oyatdığı, Azərbaycan Respublikası Prezidenti cənab İ.H.Əliyevin AMEA alimləri qarşısında qoyduğu elmi tədqiqatların istehsalata tətbiqi və ölkənin iqtisadi potensialını artırmaq problemi ilə uzlaşdığını qeyd etmişdir. Çıxış edən İnstitut Həmkarlar təşkilatının sədri Hökmən Mahmudov N.R.Rzayevin səmərəli elmi fəaliyyəti, blokada şəraitində olan Naxçıvanda elmi quruculuq fəaliyyəti və vətənpərvər bir alim, ziyalı olduğunu, N.Rzayevin mətbuat səhifələrindəki xidmətlərinin “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Xalqın nüfuzlu ziyalısı”, “Azərbaycan bayrağı” diplomu və döş nişanı ilə təltif edilməsini qeyd etmişdi. Çıxış edən AMEA muxbir üzvü İ.Mustafayev, prof. Ş.Məmmədov onun respublikadan kənarda görkəmli bir alim kimi tanınması, biologiya üzrə bəzi Beynəlxalq elmi cəmiyyətlərin üzvü olmasını, 2015-ci ildə Dünya farmakologiya elminə verdiyi töhfəyə görə “Galen” medalı ilə təltif edilməsini qeyd etmişdir.
      Sonda N.Rzayev “Avropa Nəşr Mətbu Evi”nin mükafat komissiyasına və şəxsən Şöhrət Səlimbəyliyə bu yüksək mükafata görə, AMEA Radiasiya Problemləri İnstitutunun kollektivinə tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.