RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.12.2015]

AMEA Radiasiya Problemləri Institutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir

      28.12.2015-ci il tarixində AMEA Radiasiya Problemləri Institutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Radiasiya Problemləri Institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
1. AMEA-nın magistraturasına 2016/2017-ci tədris ili üçün iş planı.
2. AMEA üzrə doktorantların elmi fəaliyyəti ilə bağlı sosioloji sorğunun keçirilməsi.
3. Akademik İsmayıl İbrahimovun 100 illik yubileyi.
4. 2016-cı il üçün laboratoriyalar üzrə elmi tədqiqat işlərinin planı.
5. AMEA RPİ “Radiobiologiya” laboratoriyasının doktorantı Cəfərli Ayselin “Yüksək radiasiya fonunun sintetik fermentlərin aktivliyinə təsirinin tədqiqi” adlı dissertsiya mövzusunun “Yüksək radiasiya fonunun dəvətikanı və qoşayarpaq bitkilərinin antioksidant fermentlərinin fəaliyyətinə təsiri” kimi dəyışdirilməsi.
6. AMEA RPİ “Radiobiologiya” laboratoriyasının doktorantı Qocayeva Günelin “Yüksək təbii radiasiya fonu şəraitində formalaşmış dəvətikanı bitkisinin radiorezistentlik xüsusiyyətlərinin tədqiqi” adlı dissertsiya mövzusunun “Yüksək radiasiya fonunun dəvətikanı bitkisinin antioksidant müdafiə sisteminin kiçikmolekullu antioksidantlarında yaratdığı migdar dəyişmələri” kimi dəyişdirilməsi.
7. AMEA RPİ “Polimerlərinin radiasiya kimyası və texnologiyası” laboratoriyasının baş laborantı Xankişiyeva Rəna və mühəndisi Məmmədov Cövdətin 10-cu dərəcə ilə kiçik elmi işçi keçirilməsi.
8. 2015-ci ildə AMEA RPİ üzrə doktorlaının attestasiyası və təhsil müddətini bitirmiş dissertantlar.
9. Çapa təqdim olunmuş məqalələr.





© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.