RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.12.2016]

SABAH qrupunun tələbələri İnstitutun laboratoriyalarında təcrübə keçməyə başlayıblar

        Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Akademik Akif Əlizadənin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılan SABAH qruplarında təhsil alan 200-dən çox tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçməyə başlayıb.
     Sözügedən Sərəncamdan irəli gələn məsələlərin icrasına dair AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmnədovun Əmri ilə Dekabrın 1-dən etibarən SABAH qrupunun müəyyən etdiyi siyahı əsasında Bakı Dövlət Universitetinin Kimya və Fizika fakültələrindən ümumilikdə 18 tələbə AMEA-nın RPİ-nun müvafiq laboratoriyalarında təcrübə keçməyə başlayıb. Qeyd edək ki, tələbələrin bu təcrübələrdə iştirakı 31 may 2017-ci il tarixinə qədər davam edəcək.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.