RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.05.2017]

“Radioizotop yaş təyini” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Radioizotop yaş təyini” mövzusunda elmi seminar keçirilmişdir.

İnstitut əməkdaşları və digər qonaqların iştirak etdiyi elmi seminarda çıxış edən “Ətaf mühitin Radiasiya Kimyası” laboratoriyasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədov seminar iştirakçılarına 2016-cı ildə laboratoriya əməkdaşları tərəfindən bu mövzuda aparılmış işlər haqqında məlumat vermişdir. Bildirmişdir ki, hazırda laboratoriya əməkdaşları tərəfindən radioizotop yaş təyinin “Radiokarbon”, “Elektron paramaqnit rezonans” və “Termolümenessens” kimi metodları mənimsənilmiş və ilkin təcrübi nəticələr alınmışdır. Radiokarbon metodu, yaşı təyin edilən obyektin tərkibindəki radioaktiv karbon atomunun maye ssintilyasiya vasitəsi ilə miqdarının təyininə əsaslanır. Sahib Məmmədov onu da əlavə edib ki, yaş təyininin radiokarbon metodu artıq bütün dünyada geniş tətbiq olunur və Azərbaycanda da bu metodun tətbiqinə başlanmışdır.

S.Məmmədov qeyd etmişdir ki, aparılmış tədqiqatlara əsasən, təkibində üzvi maddə olan istənilən arxeoloji obyekin yaşının təyin olunması Radiasiya Problemləri İnstitutu şəraitində mümkündür. Bunun üçün laboratoriyada bütün lazımi avadanlıqlar və təcrübəli kadr potensialı mövcuddur.

Məruzədə ilkin nəticə olaraq iki nümunənin yaşının təyin edildiyi qeyd olunmuşdur. Lakin metodun tətbiq intervalı son 50 min il ilə məhdudlaşır və bu da radiokarbonun yarımparçalanma dövrünün 5730 il olması ilə bağlıdır. Sahib Məmmədov bildirib ki, bu intervalın genişləndirilməsi üçün digər metodların da mümkünlüyü təcrübi şəkildə göstərilmişdir. Həmçinin, laboratoriyada elektron paramaqnit resonans metodu ilə qədim diş nümunəsinin yaşı təyin edilmiş və termolunenessens motodun perspektivləri müzakirə edilmişdir. Adıçəkilən bu son iki metod arxeoloji objektlərin yaşının təyini intervalını 500 min ilə qədər genişləndirir.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda arxeoloji nümunələrin yaşının təyininin xüsusi əhəmiyyətindən bəhs edilmiş, tədqiqatların davam etdiriməsi və genişləndirilməsi tövsiyyə olunmuşdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.