RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.07.2017]

İnstitutun gənc alimləri Rusiya Federasiyasinda keçirilmiş konfransda iştirak edib

   Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının elmi işçisi Nuranə Əliyeva “XXI Всероссийской конференции по физики сегнетоэлектриков (ВКС XXI)” adlı konfransda iştirak etmişdir.

25-30 iyun tarixində Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilmiş konfrans çərçivəsində gənc alimlər Seqnetoelektriklər fizikası sahəsində tanınmış alimlərin çıxışlarını dinləmişlər.

Konfransda Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının təqdim etdiyi “TlInS2 легированный V, Cr, Mn − новый сегнетоэлектрик релаксор” və “Суперионная проводимость в кристаллах TlInS2 и TlGaSe2 индуцированная γ–облучением” adlı elmi məruzələr poster təqdimatında müzakirə edilmişdir.

Sözügedən konfransın yekun iclasında Azərbaycanlı gənc alimlər də daxil olmaqla bir qrup iştirakçıya sertifikatlar təqdim olunmuşdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.