RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.07.2017]

Radiasiya Problemləri İnstitutunun gənc alimi təcrübə kursunda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız Bərk cisimlərin radiasiyası fizikası” laboratoriyasının kiçik elmi işçisi Zamil Dadaşov Türkiyənin Respublikasının Ankara şəhərində təcrübə kursunda iştirak etmişdir.

20 may - 3 iyun tarixində Ankara Universitetinin Nüvə Elmləri İnstitutunda keçirilmiş təcrübə kursu “Harshaw 3500 Termoluminesens Dozimetri”-nin istifadəsi və tətbiqi mövzusuna həsr edilmişdir. Sözügedən kurs müddətində Harshaw 3500 Termoluminesens Dozimetrinin proqram təminatının quraşdırılması və əmrlər bölməsinin yerinə yetirilməsi, TLD-100 dozimetr materialının “Element düzəltmə amili” (ECC) və “Oxuyucu düzəltmə amili” (RCF), həmçinin Termoluminesans dozimetriya metodu ilə Retrospektiv dozimetriya (Qəza dozimetriyası) və arxeoloji nümunələrin tarixləndirilməsi metodu öyrənilmişdir.

Gənc alim qurğunun xarakteristikası və tətbiqi mövzusunda keçirilən seminarda və bir neçə təcrübənin aparılmasında da iştirak etmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.