RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.07.2017]

Amerikalı alim Radiasiya Prosesləri İnstitutunda hava keyfiyyətinin modelləşdirilməsi sahəsində məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti ümumi seminar keçirilmişdir.

Seminarda iştirak edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Okean və Atmosfer Administrasiyasının Qlobal Sistemlər Mərkəzinin Yer modelləşdirilməsi bölməsinin elmi əməkdaşı, Dr.Rəvan Əhmədov alimlərlə görüşmüş, laboratoriyalarda hava keyfiyyətinin tədqiqinə dair aparılmış tədqiqatlarla tanış olmuş və sözügedən seminarda “Hava keyfiyyətinin kompüter modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu, Moskva Dövlət Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Dr.Rəvan Əhmədov öz məruzəsində, hava keyfiyyətinin modelləşdirilməsi, emissiyaların havanın keyfiyyət göstəricilərinə təsiri, təbii və texnogen qəzalar nəticəsində yaranan emissiyaların hava mühitində yayılması qanunauyğunluqları, çirkləndiricilərin insan sağlamlığına və ətraf mühitə təsirindən bəhs etmiş, ətraflı və maraqlı məlumatlar vermişdir.

 

Seminarda Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə bərabər Fizika İnstitutunun, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və Müdafiə Sənayesi Nazirliyinin Ekologiya İnstitutunun əməkdaşları, həmçinin tələbə və magistrantlar iştirak etmişdir.

 

Amerikalı alim seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmış və ümumi maraq kəsb edən məsələlərin birgə tədqiq olunmasının məqsədəuyğunluğunu qeyd etmişdir. Eləcə də, uzun illər Radiasiya Problemləri İnstitutunda avtomobil emissiyalarının hava keyfiyyətinə təsirinin tədqiqi sahəsində alınan nəticələrin müasir modellərin tətbiqi ilə davam etdirilməsi və hava keyfiyyətinin idarə olunması üzrə birgə tədqiqatlar aparılması təklif olunmuşdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.