RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.12.2017]

AMEA-da müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış laboratoriya fəaliyyət göstərir

elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriya

Dekabrın 8-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu qurumun İşlər İdarəsi və Radiasiya Problemləri İnstitutu tərəfindən yaradılmış müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriyanın yeni elmi-təcrübə otaqları ilə tanış olub.

Laboratoriyada aparılan elm tədqiqat işlərinə uyğun sınaqların nəticələri, azərbaycanlı alimlər tərəfindən hazırlanmış mikropikselli selvari fotodiodların yoxlanmasını həyata keçirmək üçün qurulmuş B sinifli otaq, silisium əsaslı fotodiodların test qurğusu, ultra səs mikro qaynaq avadanlığı və fotodiodların parametrlərini təyin etməyə imkan verən elektron dövrələr və bir sıra yeni cihazlar AMEA rəhbərinə təqdim edilib. Bildirilib ki, laboratoriyada hazırlanacaq mikropikselli selvari fotodiodlar yüksək enerjilər fizikası, tibb, kosmik tədqiqatlar və hərbi sahələrdə tətbiq olunacaqdır.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, s.e.d Fətəli Abdullayev və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov da iştirak ediblər.