RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.05.2018]

Radiasiya Problemləri İnstitutunda doktorluq imtahanlarının yay sessiyası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda ixtisas fənlərindən doktorluq imtahanlarının yay imtahan sessiyası keçirilmişdir. 11 may tarixində “Ümumi kimya” ixtisas fənni üzrə fərq imtahanı və “Nüvə kimyası” ixtisas fənni üzrə doktorluq imtahanı, həmçinin 14 may tarixində “Radiasiya materialşünaslığı” ixtisas fənni üzrə keçirilmiş doktorluq imtahanda giriş sözü ilə çıxış edən İnstitutun direktoru və imtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov doktorantlara uğurlar arzulamışdır.

Qeyd edək ki, ixtisas fənləri üzrə keçirilmiş sözügedən imtahanlarda bir doktorant və 2 dissertant iştirak etmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.