RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.05.2018]

İnstitutunda məktəblilər üçün seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin 8-ci sinif şagirləri və bir qrup müəllim heyətinin iştirakı ilə seminar keçirilmişdır.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov şagirdlərə İnstitut haqqında qısa məlumat vermişdir.

Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva şagirdlərə radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemlərindən danışmış, həmçinin İnstitutun yaranma tarixi, fəaliyyəti və elmi tədqiqat istiqamətləri, eləcə də əldə olunmuş nailiyyətlər və xarici əlaqələr haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra İnstitutun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov çıxış edərək şagidlərə xüsusi multimedia vasitələri ilə radiasiya haqqında, onun təhlükəli məqamları, mənfi təsirləri və yaradacağı fəsadlar barədə ümumi məlumat vermişdir.

Qeyd edək ki, çıxışlar məktəblilər tərəfindən maraqla qarşılanmış, çoxsaylı suallar cavablandırılmışdır.

Seminarın sonunda müəllim və şagirdlər İnstitutun laboratoriyaları ilə tanış olmuş, onlara mövcud cihaz, qurğular və aparılan elmi tədqiqat işləri haqqında məlumatlar verilmişdir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.