RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.11.2018]

İnstitutunun aparıcı elmi işçisi Şamil Şahbazov vəfat edib

Şahbazov Şamil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının aparıcı elmi işçisi, texniki elmlər namizədi Şamil Cəbrayıl oğlu Şahbazov noyabrın 13-də 77 yaşında vəfat edib.

Şamil Şahbazov 1940-cı ildə Naxçıvan şəhərində anadan olub, 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsini bitirib. 1969-1976-cı illərdə Azərbaycan Texniki Universitetində müəllim, 1976-cı ildən isə AMEA Radiasiya Problemləri İnstitutunda işləmişdir. 1984-cü ildə Moskva şəhərinin Yanacaq Ehtiyatları İnsitutunda “Yanacaq və qazların kimyəvi texnologiyası” mövzusunda dissertasiya işini müdafiə edərək Texnika elmləri namizədi elmi dərəcəsini alıb. 1995-ci ildə Nyu –York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Şamil Şahbazov Günəş və Külək enerjisindən birgə istifadə etməklə stabil elektrik enerjisinin alınması, kənd təsərrüfatı tullantılarından yanar qazın alınması sahəsində müxtəlif tədqiqatlar aparıb və aldığı nəticələr xarici və yerli jurnallarda, elmi simpozium və konfrans materiallarında çap edilib. O, bir sıra konfranslarda məruzələrlə çıxış etmiş, 100-dən artıq elmi məqalənin, 10 patentin müəllifi olub.

Radiasiya Problemləri İnstitutunun rəhbərliyi və çoxsaylı kollektivi alimin vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə Başsağlığı verir.

Allah rəhmət eləsin!




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.