RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.11.2018]

AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və ADNSU-nun rektoru, professor Mustafa Babanlı Əməkdaşlıq Müqaviləsinin əhəmiyyətindən danışıb və birgə görüləcək işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Qeyd olunub ki, sözügedən müqavilədə qarşılıqlı səmərəlilik əsasında elmi-texniki və tədris bazasının genişləndirilməsi, uyğun ixtisaslar üzrə magistr, doktorant və dissertantlara dissertasiya mövzularının verilməsi, elmi-tədqiqat işlərinin və elmi-pedaqoji təcrübələrinin RPİ-də təşkili, ADNSU-nun professor-müəllim heyətinin elmi-ixtisas səviyyələrinin artırılması, açıq və distant təhsil formasından istifadə etməklə ustad mühazirələrinin oxunması, tədris metodiki vəsait və dərsliklərin hazırlanmasında, konfrans, seminar və digər bu kimi tədbirlərdə, həmçinin yerli və beynəlxalq layihələrdə birgə iştirak və digər məsələlər öz əksini tapıb.

Sonda Əməkdaşlıq Müqaviləsinin tərəflər arasında uzunmüddətli əməkdaşlıq quracağı və elmlə təhsilin qarşılıqlı inkişafına töhvə verəcəyi vurğulanıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.