RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.01.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının 70 illik yubileyi haqqında olan məsələyə baxılıb.

Sonra RPİ-nin 2019-cu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi, həmçinin dissertantların təsdiq edilməsi məsələsinə toxunulub.

Sonra iclasın Gündəliyində yer alan İnstitutun laboratoriyaları üzrə elmi mövzu və planlar geniş müzakirə olunub.

Daha sonra çıxış edən O.Səmədov AMEA-nın www.science.gov.az saytında İnstitut haqqında məlumat bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, Akademiyanın rəsmi saytında İnstitut haqqında məlumatların yer aldığı səhifələrdə bölmələr üzrə informasiyalar yenilənməli, əlavə və düzəlişlər edilməlidir.

Sonda İnstitut üzrə əmək intizamına riayət edilməsi və çapa təqdim olunmuş məqalələr haqqında məsələlərə baxılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.