RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2019]

İnstitutun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu yeni nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova bu ilin ilk yaştəyini nəticələrini əldə edib.

Tədqiqatlar zamanı Yardımlı rayonu Arvana kəndindən götürülmüş diş nümunəsinin eramızdan əvvəl 4775-ci ilə, Cəlilabad rayonu Polutəpə ərazisindəndən götürülmüş diş və keramika nümunələrinin eramızdan əvvəl 6300-cü ilə, həmçinin Füzuli rayonu ərazisində yerləşən qədim yaşayış yerindən götürülmüş keramika nümunəsinin eramızdan əvvəl 5250-ci ilə aid olduğu sübut edilib.

Qeyd edək ki, İnstitutda arxeoloji tapıntıların tarixləndirilməsi İnstitutun aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədovun rəhbərliyi ilə 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) aparılır və tapıntıların yaşı təyin olunur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.