RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.02.2019]

İnstitut alimlərinin rəhbərlik etdiyi şagirdlər qalib oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimlərinin rəhbərlik etdiyi şagirdlər 12-14 Fevral tarixində keçirilmiş "Sabahın alimləri” VIII Respublika müsabiqəsində qalib olublar.

Respublika miqyasında keçirilən müsabiqədə RPİ-nin əməkdaşları - fizika-riyaziyyat elmlər doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya elmlər namizədi Aygün Nəsibovanın rəhbərliyi ilə Bakı Avropa liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə” adlı layihəsinə görə tibb və sağlamlıq bölməsində 1-ci, həmçinin Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar Liseyinin” 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” adlı layihəyə görə fizika bölməsində 3-cü yerə layiq görülüblər.

Qeyd edək ki, sözügedən elmi tədqiqat işləri yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilir və yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.