RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.02.2019]

İnstitutda Mülki müdafiə məşqi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Nazirlər Kabinetinin 193 saylı qərarına əsasən, “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib. Bu məşq 2019-cu il yanvar ayının əvvəlində tərtib olunan “Tədbirlər planına” əsasən keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun ümumi işlər üzrə direktor müavini, kimya elmləri namizədi, dosent Hökman Mahmudov öz çıxışında 2019-cu il üçün İnstitutda nəzərdə tutulan Mülki-müdafiə üzrə tapşırıqlar və planlar, eləcə də qurulmuş işlər barəsində məlumat verib.

Sonra çıxış edən RPİ-nin Mülki-müdafiə Qərargahının rəisi Taleh Məmmədov hər hansı bədbəxt hadisələr və eləcə də hər hansı təbii fəlakətlər zamanı qarşıya çıxan neqativ halların aradan qaldırılması və itkilərdən maksimum dərəcədə qorunmaq yollarından danışıb.

Tədbir zamanı İnstitutun daxilində yaradılmış qüvvələrə baxış keçirilib və qüvvələrin rəhbərlərinin öz funksiyalarına necə əməl olunmasına tövsiyyə olunub.

Çıxışın sonunda maarifləndirici xarakterli videoçarx nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.