RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2019]

İnstitutun alimi ABŞ-da keçirilmiş Beynəlxalq Konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radiokimya” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov Beynəlxalq Konfransda iştirak edib.

Birləşmiş Elmi Qrup (Unated Scientific Group) tərəfindən Amerika Birləşmiş Ştatlarının (ABŞ) San-Fransisko şəhərində keçirilmiş III Beynəlxalq “Qaz, yanacaq və neft mühəndisliyi” (GOPE 2019) Konfransında məruzə ilə çıxış edən X.Məmmədov “Dağılmış neftin buxarlanmasının və yayılmasının qarşısının alınması və su mənbələrini çirkləndirmiş üzvi maddələrin molekullarının oksigenli mühitdə oduncaq tikələrinin səthinə tikilməsi üsulları” mövzusunda iştirakçılara məlumat verib.

Dünyanın 56 ölkəsinin elm və təhsil mərkəzlərinin aparıcı alimlərinin, neft-qazçıxarma və emalı müəssisələrinin rəhbər kadrlarının iştirak etdiyi Konfransda neft-qazçıxarma, emalı və yanacaq mühəndisliyi sahəsinin ən yeni nailiyyətləri müzakirə edilib, həmçinin perspektiv layihələr və mühəndis-texnologiyasının aktual mövzuları barədə işgüzar fikir mübadiləsi aparılıb.

Sonda Təşkilat Komitəsi tərəfindən xüsusilə aktiv iştirakına və təqdimatına görə fəxri sertifikatla təltif olunan X.Məmmədov 2020-ci ildə Los-Ancelesdə keçiriləcək növbəti konfransa dəvət edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.