RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.03.2019]

Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.

Elmi ictimaiyyət nümayəndələri peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.




 

© http://www.science.gov.az/news/open/10031