RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.04.2019]

İnstitutda Rusiyalı alimlərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Rusiya Federasiyasının Yer Maqnetizmi və Radioalğaların Yayılması İnstitutunun (Moskva şəhəri) alimləri ilə görüş keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və İnstitutun tarixi, elmi istiqamətlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Sonra çıxış edən Yer Maqnetizmi və Radioalğaların Yayılması İnstitutunun “Günəş fizikası və günəş yer əlaqələri” şöbəsinin elmi işçisi, fizika – riyaziyyat elmləri namizədi Mariya Raulckaya Valeryevna və Yelizaveta Qivnevna Xramova səmimi qonaqpərvərliyə görə RPİ-nin rəhbərliyinə təşəkkür ediblər.

Qonaqlar daha sonra Radiasiya Problemləri İnstitutunun laboratoriyaları ilə tanış olub, həmçinin onları maraqlandıran elmi tədqiqat işləri haqqında geniş müzakirələr aparıblar.

İnstitutda neft və onun müxtəlif fraksiyalarının günəş şüalarının təsiri altında parçalanması prosesləri, eləcə də radioaktiv şüaların atmosferə təsiri üzrə aparılan tədqiqatları yüksək dəyərləndirən Rusiyalı alimlər bu tədqiqatların birgə aparılması ilə bağlı institutlarımız arasında bağlanacaq əməkdaşlıq müqaviləsi və həmin müqavilənin müxtəlif bölmələrinin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.