RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.05.2019]

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

10306

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Akademiyanın həqiqi üzvləri arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.

Açıq səsverməyə əsasən AMEA-nın akademik-katibi vəzifəsini isə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.

Qeyd edək ki, akademik Rasim Əliquliyev 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. "İnformatika" ixtisası üzrə 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü, 2013-cü ildə isə AMEA-nın akademik-katibi seçilib.




 

© http://www.science.gov.az/news/open/10306