RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.05.2019]

Şagirdlərimizin layihəsi Türkiyədə 2-ci yerə layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabovanın rəhbərliyi altında şagirdlər tərəfindən aparılan tədqiqat işi Türkiyənin İstanbul şəhərində keçirilmiş yarışmada 2-ci yerə layiq görülüb.

Belə ki, Dr. İbrahim Arikan adına XXVIII Beynəlxalq Tədqiqat Layihələri yarışmasında Bakı Dövlət Universitetinin (BDU) Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Məryəm Bayramova və Nicat Ömərlinin “Yeni nəsl fotodetektorlar” layihəsi fizika bölməsi üzrə mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, sözügedən yarışmanın finalında fizika, kimya və biologiya bölmələri üzrə 1/10 sayla ümumilikdə 20 ölkədən seçilmiş 30 layihə ekspertlərə təqdim olunub və 3 gün davam edən yarışmanın yekununda nəticələr bəlli olub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.