RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.05.2019]

İnstitutda magistrantların dissertasiya mövzularının ilkin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda II kurs magistrantların dissertasiya mövzularının ilkin müzakirəsi keçirilib.

Müzakirədə İnstitutun direktoru, AMEA-nın müxbür üzvü, professor Oktay Səmədov, elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, elmi katib Musa Nuriyev, «Yarımkeçiricilərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmlər doktoru Rəhim Mədətov, «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmlər doktoru Rauf Sərdarlı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və digər əməkdaşlar iştirak edib.

Sözügedən müzakirəyə İnstitutun II kurs magistrantları – Lamiyə İsgəndərovanın “GaSe laylı yarımkeçiricilərində radiasiya effektləri” və Aysel Rəsulovanın “TIGaTe2 kristalının impedans spektrlərinə radiasiyanın təsiri” mövzularında magistr dissertasiyaları təqdim olunub. Magistrlar mövzunun aktuallığı, dissertasiya işlərinin fəsilləri, istifadə olunan mənbələr və əldə etdikləri nəticələr barədə iştirakçılara məlumat verib, verilən sualları cavablandırıblar.

Müzakirənin təqdim olunmuş tədqiqat işlərinin müasir elmin standartlarına cavab verdiyini bildirilib və onlar yüksək qiymətləndiriliblər.

Sonda İnstitutun direktoru O.Səmədov magistr dissertasiya işləri üçün seçilmiş mövzuların aktual olduğunu vurğulayıb və gənc alimlərin tədqiqatlara peşəkar mütəxəssis kimi yanaşdıqlarını bildirib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.