RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2020]

İnstitutda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti elmi seminar keçirilib.

Seminarda İnstitutun “Ətraf Mühitin Radiasiya Kimyası” laboratoriyasının baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, Məhəmməd Bayramov “EPR spektrometrin proqram təminatı və onun tarixləndirmə metodunda tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.