RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.05.2020]

Rusiyada temperaturun ölçülməsi üçün kontaktsız sistemin sınaqları həyata keçirilir

14.05.2020

Süni intellektli sistem Moskva şəhərindəki dəmiryol vağzallarından birində fəaliyyətə başlayıb.

“Şvabe” şirkəti Rusiya Dəmir Yolları ilə birgə insanların temperaturunun kontaktsız müəyyən olunması üçün infraqırmızı (İQ) sistemin pilot sınaqlarına başlayıb. İlk İQ termometrlər Moskvada, Leninqrad vağzalında quraşdırılıb.

naked-science.ru saytının məlumatına görə, vağzalın girişində quraşdırılmış cihazlar bütün sərnişinləri avtomatik skan edir. Termal görüntü, videokamera və süni intellekt sayəsində sistem temperaturu yüksək olan insanları müəyyən edir, eyni zamanda, xəstəlik şübhəsi olan insanı öz monitorunda seçərək operatora siqnal ötürür. Belə sərnişinlərə əlavə ölçülmələrin aparılması üçün vağzalın tibb məntəqəsinə getmələri təklif ediləcək.

Qeyd edək ki, bu yanaşma Çin təcrübəsində yüksək effektivliyini sübut edib.

http://www.science.gov.az/news/open/13063