İçindəki
Xəbərlər
Doktorantura və dissertanturaya sənəd qəbulu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu 2020 - ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir. Sənədlər 14 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000 - dan 1700 - dək qəbul ediləcək. Sənədlər AMEA Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinə təqdim edilməlidir.
Fəlsəfə doktoru hazırlığı üzrə
Doktorantura: əyani və qiyabi
“Radiasiya materialşünaslığı - 2225.01”
“Nüvə kimyası – 2305.01”
Dissertantura
“Radiasiya materialşünaslığı - 2225.01”
“Nüvə kimyası – 2305.01”
“Radioekologiya – 2226.01”
Elmlər doktoru hazırlığı üzrə
Doktorantura: qiyabi
“Radiasiya materialşünaslığı - 2225.01”
Dissertantura
“Radiasiya materialşünaslığı - 2225.01”
Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə (doktorantura, dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (IELTS, TOEFL, TestDaf, DALF) əgər varsa); (Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər)
-fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;( Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyənlər)