RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.02.2021]

AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimi “İlin gənc alimi” müsabiqəsinin qalibi olub

03.02.2021

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Müsabiqə Komissiyasının qərarına əsasən Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar. Müsabiqənin qalibləri diplom və hər biri 2 000 (iki min) manat pul mükafatı ilə, müsabiqədə ikinci nəticə göstərənlər - Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, AMEA Radiasiya Problemləri İnstitutunun gənc mütəxəssisi Hacı Vahid Axundzadə və Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov isə diplomla təltif ediliblər.

gencalimler.az