RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.02.2021]

Elmi Şuranın növbəti iclası keçirilib

21.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda əvvəlcə Gündəlikdəki məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Gündəlikdəki ilk iki məsələ olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı, həmçinin AMEA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Elmi Şuranın iclasında daha sonra RPİ-nin magistrlərinin 2020-2021-ci tədris ilinin birinci semestri üzrə attestasiyası, İnstitutun “Radiation researches” jurnalının 2021-ci ilin birinci nömrəsinin məqalə təminatı, eləcə də RPİ-nin dissertantı Səmədov Samir Faiq oğlunun “TlInS2, TlGaSe2 kristallarinin dielektrik, elektrik və impedans spektrinə ionlaşdirici şüalarinin təsiri” adlı dissertasiya mövzusunda ilkin müzakirənin qərarına əsasən dəyişiklik edilməsi haqqındakı məsələlərə baxılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.