RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.03.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

21.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov İnstitutda aparılmış struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verib. Bildirib ki, iclasın keçirilməsində məqsəd Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi iclasında seçilmiş və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanı kollektivə təqdim etməkdən ibarətdir. Akademik daha sonra R.Mehdiyevanın elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib.

İclasda çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva ona göstərilən bu etimada görə Akademiya rəhbərliyinə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib və daima bu etimadı doğruldacağını qeyd edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.