RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.12.2021]

İnstitutun gənc əməkdaşı AEBA-nın beynəlxalq məktəb və seminarında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən keçirilən beynəlxalq məktəb və seminarda iştirak edib.

AEBA-nın Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Mərkəzində keçirilmiş Nüvə Təhlükəsizliyi Beynəlxalq Məktəbi və Nüvə Materiallarının Fiziki Müdafiəsinin Konvensiyası Seminarı Mariya Skadlovskaya – Küri Təqaüd Proqramının tələbələri üçün təşkil olunub.

Qeyd edək ki, sözügedən tədbirlərin sonunda Kimyəxanım Baxışova 2 sertifikatla mükafatlandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.