RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.10.2013]

Avropa Birliyinin Layihəsi üzrə Seminar

AMEA Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, k.e.d., prof İslam Mustafayevin bu günlərdə Kiyev şəhərində Avropa Birliyinin "Hava Keyfiyyətinin İdarə Olunması" layihəsi çərçivəsində seminarda iştirak etmişdir. Bu Layihə "AQTA (Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) Şərq Regional Fəaliyyət Planı 2009" çərçivəsində 7 ölkədə həyata keçirilir, 2011-2014-cü illəri əhatə edir.
Layihə çərçivəsində Azərbaycanda hava keyfiyyətinin idarə olunması sahəsində qanunvericilik aktları təkmilləşdirilir, Sumqayıt şəhərində hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sisteminin əsasları yaradılır, təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması üçün potensial inkişaf etdirilir.
Kiyevdə keçirilən seminar təbiətdən istifadə üzrə kompleks icazələr sisteminin yaradılması məsələsinə həsr olunmuşdur. Seminarda layihənin Azərbaycan üzrə Milli koordinatoru prof. İ. Mustafayev Azərbaycanda bu sahədə görülmüş işlərdən danışmış, qarşıda duran məsələlər barəsində müzakirələr aparmışdır. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak etmişlər.