RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.12.2021]

İnstitutun əməkdaşları UNEC-2021 İqtisadi Forumunda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşları - fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, fizika üzrə fəlsəfə doktoru Günel İmanova, kimya üzrə fəlsəfə doktoru Ülviyə Quliyeva, Rəna Xankişiyeva və Şəbnəm Məmmədova “Gülüstan” sarayında təşkil olunmuş UNEC-2021 İqtisadi Forumunda iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan sözügedən Forumda 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçirilib və forum müddətində tədbir iştirakçıları üçün xüsusi görüşlər təşkil edilib.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru, professor Ədalət Muradov, Nobel mükafatı laureatı, professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.

“Zəfər yolu” adlı 3 gün davam edən forumda “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Post-pandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar”, “Post-pandemiya dövründə biznes transformasiyası” və “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı mövzularda panel müzakirələr aparılıb.

Forum çərçivəsində həmçinin, Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Sancarın və “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.