RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Elmi Şuranın iclasında daha sonra İnstitutda 2022-ci il üçün laboratoriyalar üzrə işlərin və fərdi iş planlarının müzakirəsi aparılıb. Müzakirələrdən sonra qərara alınıb ki, İnstitut alimləri tərəfindən atom-hidrogen energetikası sahəsində aparılmış tədqiqatlara dair kitabça hazırlansın və çap olunsun.

İclasda daha sonra “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Günel İmanovanın hazırladığı “Qamma şüaların təsiri ilə nano-ZrO2-nin səthində gedən fiziki və fiziki-kimyəvi proseslər” adlı monoqrafiyanın, eləcə də “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının əməkdaşlarının hazırladığı “Dozimetriyanın kimyəvi metodları” və “Ultrabənövşəyi şüalanmanın aktinometrik metodları” adlı iki dərs vəsaitinin çapa təqdim olunması məsələlərinə baxılıb və müsbət qərar çıxarılıb.

İclasın sonunda cari məsələlər müzakirə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.