RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.01.2022]

"Dəqiq dövrləşmə" metodları ilə bağlı tələbələrə praktik dərs keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun elmi işçisi Aybəniz Əhədovanın iştirakı ilə Qərbi Kaspi Universitetində Tarix ixtisası üzrə təhsil alan tələbələrə "Dəqiq dövrləşmə" metodları ilə bağlı praktik dərs keçirilib.

“Arxeometriyanın Əsasları” fənni çərçivəsində təşkil olunan praktiki dərsdə tələbələrə Radiokarbon, Elektron Paramaqnit Rezonans və Termolüminesensiya üsulları ilə analizlər aparılaraq arxeoloji materiallara yaşın necə təyin olunması nümayiş etdirilib.

Tələbələr analizlərinin aparılması mümkün olan bir çox materialları - kömür qalıqları, müxtəlif heyvanların sümük və dişləri, keramika parçaları ilə yaxından tanış olub və kiçik eksperimentlər həyata keçiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.