RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.01.2022]

İnstitutda YAP ərazi partiya təşkilatının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda YAP ərazi partiya təşkilatının hesabat-seçki yığıncağından sonrakı ilk iclası keçirilib.

İclasda ərazi partiya təşkilatının sədri, İnstitutun icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək iclas iştirakçılarını salamlayıb və təşkilatın cari il üzrə fəaliyyət planı haqqında məlumat verib.

İclasın sonunda 2022-ci ildə görüləcək işlərə dair ərazi partiya təşkilatının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.