RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.04.2021]

Məktəblilər Radiasiya Problemləri İnstitutunda hazırladıqları elmi layihə ilə növbəti uğura imza atıblar

Məktəblilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) hazırladıqları elmi layihə ilə növbəti uğura imza atıblar. Belə ki, İndoneziya Gənc Alimlər Assosiasiyası (İYSA), Türkiyə Buca Bələdiyyəsi Qızılçullu Elm və Sənət Mərkəzi və BUCA İMSEF (Beynəlxalq Musiqi, Elm, Enerji və Mühəndislik Sərgisi) tərəfindən təşkil edilən YİSF – Gənclərin Beynəlxalq Elm Sərgisi çərçivəsində onlayn olaraq keçirilən layihə müsabiqəsində Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri Rauf Hacıyev və Aydan Əhmədovanın hazırladığı birgə layihə uğur qazanıb.

Şagirdlərin RPİ-nin İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasında hazırladıqları “Onlayn radioekoloji monitoring sistemi” adlı layihəsi qızıl medala layiq görülüb və İİCYMS 2021 musabiqəsində ödənişsiz iştirak hüququ əldə edib.

Qeyd edək ki, sözügedən müsabiqədə 23 ölkədən 443 komanda 4 fərqli kateqoriyada mübarizə aparıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.