İçindəki
Xəbərlər
İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırırb.
İclasda ilk olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transfer Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 06.04.2021-ci il tarixli 1308 saylı Fərmanı, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında baş direktor, icraçı direktor, Təchizat və xidmət şöbəsinin müdiri və menecer vəzifələrinin əməkhaqqılarının tənzimlənməsi, RPİ-nin 2021-ci il üzrə iqtisadi təsnifatı və AMEA RPİ-nin Elmi Şurasının yeni tərkibi haqqındakı məsələlər müzakirə edilib.
Daha sonra iclasda RPİ-nin “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, professor Müslüm Qurbanovun 70 illik yubileyi ilə əlaqədar olaraq mükafata təqdim edilməsi haqqında məsələyə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.